Sevirəm, sevmirəm
İnsanda qüruru, ləyaqəti sevirəm.Lovğalığı, kobudluğu sevmirəm.Ali hissləri, yüksək niyyəti sevirəm,sevirəm insan təbiətindədağlar ehtişamını:Gəncliyin coşqun səhərini,Qocalığın müdrik axşamını.Kişidə kişi sifətini sevirəm,Qadında qadın incəliyini,bir də ana məhəbbətini sevirəm...Kin-küdurət yuvasıürəkləri sevmirəm.Qara arzu, diləkləri sevmirəm.Kobudu, tərsi sevmirəm,Xoşqılığı sevirəm,Qaranlığı sevmirəm,aydınlığı sevirəm.Acgözləri, hərisləri sevmirəm,Zalımları, naqisləri sevmirəm.Ömrü boyu ucuz şöhrət dalıncaQaranəfəs qaçanları sevmirəm.Yüksəlmək ehtirasıyladiz çöküb, əl açanları sevmirəm.Alın təriylə çörək qazanıb,gecələri rahat yata bilənlərisevirəm,İnsanların üzündənGöz yaşını silənləri sevirəm.Axşam qaranlığını sevmirəm,Sübhü, danı sevirəm,Dar gündəkömək əlini uzadanı sevirəm.Çöllərin ətirli küləklərinisevirəm.Vətənimin zərif çiçəklərinisevirəm.Dağlardan duman çəkiləndə sevirəm,Göydən yerə nur töküləndə sevirəm.Dənizdə açıq maviliyi,İnsanda mərifəti, biliyi,Vətənə fayda verənləri sevirəm.İnsanı insana qardaş bilənləri,ağır gündə qəmlənibşad gündə gülənləri sevirəm.Qızıl taxıl zəmiləriləpələndikcə vüqarlanıram.Pambıq çöllərini sərvətim sanıram,Vətənimin qüdrətini, sərvətini sevirəm.Vətən oğullarının şücaətini,Vətən qızlarının məharətini sevirəm.Havası təmiz, göyləri şəffaf,üfüqləri parlaq baharı sevirəm.Azadlıq bayraqları vüqarla dalğalanandiyarı sevirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-sevirem-sevmirem
Use ← → keys to move, R for a random poem