Dünyadan nə qədər Ariflər gedib,Hələ çox cavandı Arifin sənin.Xoş gündə, dar gündə sənə arxaydı,Könlünə hayandı Arifin sənin.

Amansız əlini uzatdı kədər,Çəkdiyin əməyin getdi çox hədər.Davamsız olurmuş körpə sərvlər,Əziz, mehribandı Arifin sənin.

Neyləyək, vəfası budur dünyanın,Alışıb yanmasın daha qoy canın.Gələcək günüydü Azərbaycanın,Özü bir cahandı Arifin sənin.

Mənim bir arzumu salıb yadına,Sözdən bir abidə ucalt adına.Qoy şair ilhamı çatsın dadına,Nə yaxşı oğlandı Arifin sənin.

Yurdumun gəncini təsvirə başla,Nurlu xəyalları işıqlar saçsın.Səni incitdimsə məni bağışla,Axı şirin candı Arifin sənin.7-8 aprel, 1977

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice