Uşaqdır ("Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!")
Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!Atanın goru üçün, boşda bu tifli başına,Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,İndicə-indicə ancaq yetir on bir yaşına,Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!Bir söyüşdən ötəri etmə əziyyət balama,Göyərib coşma, utan, qonşuları yığma dama,Sənə söydükləri getsin başı batmış atama,Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, –Oğlu söydükcə fərəhdən açılır balü pəri;Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəriDarıxırsan, deməyirsən ki, uşaqdır uşağım!Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!Yə’ni məktəblə uşaq kamil edərmiş özünü?Bir söyüşdən yana az danla bu tiflin üzünü!Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!Deyilik erməni, zaye’ edək övladımızı,Oxudaq gözləri açılmamış əhfadımızı,Görmüşəm elm oxumuş heyvərə damadımızı,Qoymaram məktəbə, bir qabil uşaqdır uşağım!Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!.
Слушай, муж, оставь ребенка! Он еще у нас малыш!Пусть сынишка сквернословит, он еще у нас малыш!Прахом дедушки прошу я: дай ты малому покой!Ну, ругнет он тетю, дядю, ну, шугнет разок-другой,Ну, пошлет тебя подальше... Эко дело, страх какой!Ведь ему всего двенадцать... Он еще у нас малыш!Пусть сынишка сквернословит, он еще у нас малыш!Не учи, не мучь ребенка, книжку в нос ему не суй,Не скликай соседей сдуру, как последний обалдуй,Подари при всех дитяте не щелчок, а поцелуй!Он резвится, он играет, он еще у нас малыш!Пусть сынишка сквернословит, он еще у нас малыш!Ах, как люб мне муж соседки, осчастливленной Агджи!Он сынка за ругань хвалит и ласкает от души,Даже льнет к нему с конфеткой: «Ну-ка, крошка, обложи!»Вот и нам бы так же с нашим! Он еще у нас малыш!Пусть сынишка сквернословит, он еще у нас малыш!Слушай, муж, не досаждай мне! Слово «школа» не тверди!Не кори мальца за ругань, ставить в угол погоди,Лучше дай ему гостипец да прижми к своей груди.И не лезь к. нему с пеналом! Он еще у нас малыш!Пусть сынишка сквернословит, он еще у нас малыш!Слава богу, не армяне, чтоб сынка образовать.Вон, взгляни, каков в натуре наш хваленый дылда зять.Он зубрил, учился в школе, а чего нам с зятя взять?!Нет, не дам учить малютку! Он еще у нас малыш!Пусть сынишка сквернословит, он еще у нас малыш!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-usaqdir-ay-basi-dasdi-kisi-dinme-usaqdir-usagim
Use ← → keys to move, R for a random poem
More by this author
Zahida, gəl soyunaq bir kərə paltarımızı,Çıxaraq zahirə batindəki əfkarımızı,
Sual-Cavab– Görmə! – Baş üstə, yumaram gözlərim.– Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
Sual-cavab (" – Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?")CAVAN-QOCA– Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?
Ağacların bəhsiAlma, palıd, şam ağacı hal iləEylədilər bəhs bu minval ilə:
Poems by other poets · Wisdom and advice
Deyirlər kor olub Homer əzəldən,Gözləri seçməyib qaradan ağı.
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Analar ağlamasınTəkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.
Nitqi-mənzumQardaş, gözün aç, bircə oyan, gör nə zəmandır,Dünya üzü elm ilə bu gün rəşki-cənandır.