Ürəfa marşı
İnteligentik, gəzərik naz ilə,Ömr edərik nəşeyi dəmsaz ilə,Həftədə bir dilbəri tənnaz ilə,Həmdəm olub işləri sahmanlarıqAy bərəkallah, nə gözəl canlarıq!
Xoşlamırıq bir para nadanları,Şiveyi nisvani müsəlmanları,Neyləyirik Fatma, Tükəzbanları?Annaları, Sonyaları yanlarıqAy bərəkallah, nə gözəl canlarıq!
Bir para biəqlü fərasət bizə,Eyləyir isnadi qəbahət bizə,İstəyir etsin də nəsihət bizə,Bir bunu qanmır ki biz irfanlarıq!Ay bərəkallah nə gözəl canlarıq!
Kimsəyə yox dəxli ki, biz işrəti,Xoşlayırıq, boşlayırıq külfəti,Guşeyi qəsdində olan ləzzəti,Xaneyi viranda haçaq anlarıq?Ay bərəkallah, nə gözəl canlarıq!
İnteligentik bu ki böhtan deyil,Türki danışmaq bizə şayan deyil,Türk dili qalibi irfan deyil,Biz buna qail olan insanlarıq...Ay bərəkallah, nə gözəl canlarıq!
Türk qəzeti versə də əqlə ziya,Mən onu almam əlimə mütləqa,Çünki müsəlmanca qonuşmaq mana,Eybdir! Öz eybimizi anlarıq!Ay bərəkallah, nə gözəl canlarıq!
Yox işimiz məcməi islam ilə,Püxtə nasıl söhbət edər xam ilə,Çünki klublarda sərəncam ilə,Hər gecə bir mətləbi ünvanlarıq!Ay bərəkallah, nə gözəl canlarıq!
Əfsus, səd əfsus sənə, ey gözəl islam!Kimlər sənə gör indi tərəfdar olacaqdır!Baş saçlı, ayaq çəkməli, mırt mırt danışanlar!Din qədri bilib mömini dindar olacaqdır!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-urefa-marsi
Use ← → keys to move, R for a random poem
More by this author
Ey vay ki, heysiyyəti-millət götürüldü!Millətdə olan büsbütün adət götürüldü!
Əhvalpürsanlıq yaxud qonuşma ("– Nə xəbər var, məşədi?")– Nə xəbər var, məşədi?– Sağlığın!
Və’z etdiyin inandı, sən amma inanmadın!Və’z etdiyin inandı, sən amma inanmadın!Ya lil’əcəb, məgər yorulub bir usanmadın?!
Asudəlik bu saət yerdən göyə cəhanda"Dil mirəvəd zidəstəm, sahib dilan xudara,Dərda ki, razi-pünhan xahəd şod aşikara!"1
Poems by other poets
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Dedilər gərçi mülki-İranəDedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram