İşıqlı şeirlər
Mən işıq qızıyam, işıq övladı:İşıqlı dünyadır dünyamın adı...Zülmətə düşmənəm, işığa dostam,İşıqla tökülür könlümə ilham.Gözəllik pərisi könlümə yardır,İşıqlı ilhamım nurlu bahardır.Gözəllik hər yerdə məni cəlb edir;
Fikrim ən işıqlı yollarla gedir.İşıqlı arzular ömrümə həmdəm, –Mən işıq sevirəm, işıq sevirəm.
Bu dünya mənimdir, həyat mənimdir,Onu zalımlara verə bilmərəm.Mən işıq övladı, işıq qızıyam,Dünyanı qaranlıq görə bilmərəm.Zülmətlə girərəm pəncə-pəncəyə,İşıq yandıraram qara gecəyə...Bu dünya mənimdir, həyat mənimdir,Ən işıqlı diyar öz vətənimdir!
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-isiqli-seirler
Use ← → keys to move, R for a random poem
More by this author
Bu axşam evlənən yox idi. Toy, nişan məclisi quran yox idi. Alimlik dərəcəsi alıb ziyafət verən də yox idi. Əlli-altmış yaşının tamam olmasını bayram edən də yox idi.Bu axşam Səadət sarayının böyük salonuna qadınlar toplaşmışdı. Vətən müharibəsinin qurtarmasının iyirmi illiyi münasibəti ilə müharibə iştirakçıları – qadınlar toplaşmışdılar.
İşıqlı həyat həsrətindəTariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadınının öz şöhrəti, öz şərəfli yeri var. “Kitabi-Dədə Qorqud” qəhrəmanı igid Buğaca süd verən anası, Koroğlunun sadiq Nigarı, Qaçaq Nəbinin silahdaşı qoçaq Həcər – xalqımızın iftixarıdır. Məğrur, əyilməz bir qızın şərəfinə Bakıda möhtəşəm qala ucaltmış şair xalqımız vətən torpağının ən füsunkar guşələrinə şairanə adlar verib – Qızbənövşə yaylağı, Qırxqız bulağı, Gəlin qayası...Xalqımızın keçmişdə müdrik hökmdarı Nüşabə də olub, cəsur üsyan başçısı Rüstəm də, tədbirli dövlət xadimləri Sara xatun da, Tuti Bikə də...
Müşfiqi düşünərkən...Müşfiq vətəni, şeri, bir də Dilbəri sevirdi. Vətənin təbiətini, insanlarını, sənətini, musiqisini sevirdi. Vətən onun əsərlərinin əsas mövzusu, tükənməz və əzəmətli ilham mənbəyi idi. Şeir onun mənəvi qidası, dilinin əzbəri, qəlbinin nəğməsi idi.Dilbər Müşfiqin həm ömür yoldaşı, həm də lirik qəhrəmanı, coşqun sevincinin və həzin kədərinin canlı şahidi, canlı şəriki idi. Gənclərimizə Müşfiqdən söhbət açarkən, “Müşfiq kimi şair olun” deyə bilmərəm. Şairlik fitri istedaddır. Müşfiq də Azərbaycan torpağının yetişdirdiyi nadir istedadlardan biri idi. Lakin gənclərimizə demək istəyirəm ki, şeri, sənəti Müşfiq kimi sevin, şerə-sənətə Müşfiq qayğısı bəsləyin. Müşfiq yerin alt qatlarından qədim mədəniyyətimizdən xəbər verən qazıntıları çıxarmaq üçün külüngünü yerə böyük bir ehtiyatla vuran arxeoloqa bənzəyirdi. Keçmiş şairlərimizin yaratdığı söz incilərini, misilsiz, gözəl lirika nümunələri olan şeir və qəzəlləri, qoşma və bayatıları maraq və məhəbbətlə axtarıb tapan vicdanlı bir alim və tədqiqatçı kimi bu şairləri unutmağa qoymazdı. Bahar Şirvaninin, Buxudun, Nasehin və başqa bir çox unudulmaz Azərbaycan şairinin şeir və qəzəllərini mən ilk dəfə Müşfiqin dilindən eşitmişəm.
İran Azərbaycanının müasir şairlərindən Hökumə BilluriBahar idi. Zəncan şəhəri yaşıl bir don geymişdi. Badam çiçəklərinə qərq olmuş dağlardan xoş ətir qalxırdı. Quşların sevincli bahar nəğməsi hər tərəfi bürümüşdü. Axan suyun yekahəng şırıltısında həzin bir musiqi vardı.Bir parça çörək qayğısı ilə çoxdan bəri İranın müxtəlif şəhərlərini dolaşıb, nəhayət Zəncan şəhərində sakin olmuş dəmirçi ailəsinin kiçik qızı məktəbdən evə qayıdırdı. O, nədənsə incik idi. Nə baharın şux ahəng səsləri, nə çiçəklərin məstedici ətri, nə də axan suyun şırıltısı onun könlünə fərəh verirdi. Bu gün o, yenə məktəbdə tənəffüs zamanı yoldaşları ilə öz doğma Azərbaycan dilində danışdığı üçün onu tənbeh etmiş, dərsdən sonra ac saxlayıb evə buraxmamışdılar. Zəif vücudlu, məğrur ruhlu balaca qız düşmən qarşısında ağlamamış, göz yaşlarını qəlbinə axıtmışdı. İndi o, cansız ayaqları dolaşa-dolaşa evlərinə tələsir, bu ağır dərdini anasına danışmaq və orada doyunca ağlamaq istəyirdi. O, Zəncanda yeganə məktəb olan farsca qız məktəbində oxuyurdu. Bura məktəbdən çox həbsxanaya bənzəyirdi. İran irticaçıları xüsusilə böyük bir səy göstərərək Zəncan şəhərindən Azərbaycan ruhunu silmək üçün ən şiddətli tədbirlərə əl atırdılar.
Poems by other poets
Qələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü