Birinin gözləri gülürsalam verəndə.Birinin könlünün işığıgözlərinə tökülürsalam verəndə.Biri həzin, qəmli salam verir,Biri sərxoş kimidəmli salam verir...Biri təmkinlə,ağır-ağır salamlaşır,Biri yamanfağır-fağır salamlaşır...Biri buz kimi soyuq,şaxtalı salam verir,Birinin dağınıq fikri,xəyalı salam verir.Biri rəsmi salamlaşıb keçir,Biri salam vermək əziyyətindənuzaqlaşıb keçir.Biri acı, istehzalısalam verir,Biri xeyli təkəbbürlü,Xeyli ədalı salam verir.Biri salam vermirRütbəsi böyüyəndə.Biri salamlaşmayırYoldaşımla arası dəyəndə.Biri minnətlə salam verir,Biri xeyli əziyyətləsalam verir...Sadə salamları sevirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets