Rəfiqəm mənim
Cənazəni qürbətdəntəyyarəylə gətirdilər.Qapalı dəmir yatağındavətən torpağınayetirdilər.Soyuq barmaqlarıylayapışdı ürəyimdən, –bu dərd mənim, bu qəm mənim,Nəzakət, Nəzakət,əziz mehribanrəfiqəm mənim.İllərin arxasındanxatirələr aləminəsəsləyir məniməlahətli səsin,xoş gülüşün,incə rəftarın...Düşünən başın,zəhmət sevənəllərin idi dövlətin, varın.
Uşaqlıq illərimizyetimliklə, möhnətlə keçdi...Gəncliyimizqayğıyla, zəhmətlə keçdi..Nə dövlətli qohumlarınkölgəsinə sığındıq,nə şöhrətli dostların.Yetim böyüdük,dünyanın bütünyetim uşaqları kimi –cəfakeş, çətin...Yaxşı adamlar da gördük –xeyirxah, nəcib.Əlimizdən yapışdılardar gündə,büdrəməyə qoymadılar.Bədxahlar da gördük,fənalıqdan, yamanlıqdandoymadılar.Yetimliyin hər yerdəbirdir dadı...Bu xalqın balasıydıq –vətən övladı.Nə ata çörəyi yedik,nə gördük qardaş sovqatı...Qamçıladı biziacı-acısərt üzlü yetimlik həyatı.Tabutu qürbətdəntəyyarəylə gələn,Soyuq, dəmir yatağındaÖmür yorğunluğundandincələnNəzakətim, rəfiqəm mənim, –yıxdı könlüm evinibu dərd, bu ələm mənim...Sən həyatı sevirdin,Sevirdin insanları...Sevindirirdi səniQürbətdən uçub gələndurna qatarı...Gecələr göy üzünəsəpələnmişulduzlara baxar,gülümsərdin...Elə bil yox idibu dünyada kədərin, dərdin.Alman dilindəşeirlər oxuyardınheyran-heyran...Şeirlə nəfəs alar,şeirlə yaşayardıq hər zaman.Səni valeh etmişdialman dahisiHötenin romantik qanadı...Məni “məhəbbət və iztirab” ustadıFüzulinin səssiz fəryadı...Toy günündə mənəFüzuli divanını gətirdin hədiyyə.Elə bil dünyanıbəxş etdin mənə;oxudum, doymadım,içdim, doymadım yenə...Ömrün çətin yollarındabizə yar oldu Əli, Rəsul.Onlar açıqürəkli,qaynar məhəbbətligənclər idi.O zamanlar bizimləünsiyyət bağlamaq,Sadə sevgi deyil –böyük hünər idi...Xatirələr aləminə səsləyir yenəBu ayrılıq, bu qəm məni,Nəzakət, Nəzakət,Əziz, mehriban rəfiqəm mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-refiqem-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Eşq zor eyləsə, ey dil sana, məğlub olsanEşq zor eyləsə, ey dil sana, məğlub olsan,Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
کار عالم سستبنیاد آمدستآسمان را پیشه بیداد آمدست
Şikayətnaməİlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.