Vitezslav Nezval

Ümid ana heç zamaninsanlar tər tökdüyütarlalaragəzintiyə çıxmayır.O yerdə ki, bacarmayır kömək etsin.Qərar verir çıxıb getsin.O yerdə ki, kömək edə bilməyir o,Heç olmasa suyu sərin bulaq olub,Şırıltılı bir çay olub,Heç olmasa kölgəli bir budaq olub,Nəğmələri torağay olub,Heç olmasa adi yel dəyirmanıƏfsanələr deyə-deyəTəsəlliyə qovuşdursun bir insanı.Əgər mümkün deyildirsə bunlar ona,Çıxıb gedir Ümid ana.Ya da qalar pərdələrin arxasındaGizlənərək,Heç olmasa ordan qaynar baxışlarlaKömək etsin böyük işə.Qalxıb enən biləklərə,Yuxusundan tez oyanan çiçəklərə,Səhər-səhər, göydən yerəDurna kimi qanadlananBuludların karvanına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets