Hər nəğmədən, hər avazdan xoş olurÜrəklərdən qopan insan gülüşü.Qoymayın kəsilsin, sevimli gənclər,Gözəl yurdumuzdan bir an gülüşü.

İnsanın gülüşü dünyaya dəyər,Zəhərli, iynəli olmasa əgər;Gəlsin bağçalardan hər axşam-səhər,Ötsün qumru kimi canan gülüşü.

Gəncliyə, həyata zinətdir gülüş,Silahdır, qüvvətdir, qüdrətdir gülüş;Xasiyyətdə gözəl cəhətdir gülüş,Yaşadır bu qoca cahan gülüşü.

Gülüşü dünyaya dəyənlər də var,Gülüşlə zamanı döyənlər də var.Gülüşü bir dağı əyənlər də var,Yaşatsın bu gözəl dövran gülüşü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sevgilim könlümü aldı əlinə

Sevgilim könlümü aldı əlinə,Solğun bir gül kimi oxşadı atdı.

1 min
Nə şöhrət istədim, nə şan istədim

Nə şöhrət istədim, nə şan istədim,Bu dünyada təmiz vicdan istədim.

1 min
Ondan nə bir əsər, nə də bir nişan

Ondan nə bir əsər, nə də bir nişan,Bir ilham qalmışdı, o da pərişan.

1 min
Yadımda qalanlar

Mən dünyaya gələndə Xan Xoyski bir qoçun boynuna qırmızı Gəncə kəlağayısı bağlayıb bizim evə göndərmişdi. Xanın bu hərəkəti nənələrimizin qəzəbinə səbəb olmuşdu. “Allaha xoş getməz, adam da qıza qurban göndərər? Camaat nə deyər, deməzlər ki, azğınlıq eləyirlər, qıza qurban kəsirlər. Əgər onu ayrı fikirlə göndəribsə, onu da bilmək olmaz, ya qismət, bu qız gələcəkdə kimə qismət olacaq, sən yazan qoy qalsın, görək fələk nə yazır”, – deyə xeyli deyinmişdilər. Müdrik nənələrin sözünü həyat özü də təsdiq etdi. Taleyin hökmü ilə tamamilə başqa həyat və gələcək cızılmışdı.Xan Xoyskinin arvadı Şirinbəyim xanım bizə qonaq gələndə, mənim üçün ən əzablı günlər olurdu. Qapıdan girən kimi anamla öpüşər, sonra məni qucaqlayıb “gəlinimə qurban olum, çiçək gəlinim, göyçək gəlinim” deyib məni oxşardı. Mənsə onun ağuşundan qurtarıb anamın qucağına sığınar və bütün müddətdə özümü anamın ətəklərindən çıxarmazdım. Biz böyüklər, çox zaman hiss etmədən uşaq ürəyinə ağır yaralar vurur, onun körpə qəlbinin böyük iztirablarına səbəb oluruq.

10 min

Poems by other poets