Günəşdən qorxma
Deyirsən qorxuram rəngim qaralar,Həyat mənbəyidir, günəşdən qorxma!Ömrün cövhəridir əmək dünyadaXeyirli, faydalı bir işdən qorxma.
Nəcib əməllərlə parlayır əmək,Bir quru hissiylə çırpınır ürək.Nuş olar canına yediyin çörək,Hər gözəl adətdən, vərdişdən qorxma.
Yaxşıda, yamanda dosta gərək ol,Güllü bağçalarda açıl, çiçək ol.Qaş qabaqlı olma, açıqürək ol,Bu gözəl aləmdə gərdişdən qorxma.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-gunesden-qorxma
Use ← → keys to move, R for a random poem
More by this author
Könlün yenə min dərdinə bir çarə tapılmaz,Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.
Unudulmuş da, atılmış gülü sevda kimiyəmUnudulmuş da, atılmış gülü sevda kimiyəm,Gözlərindən çəkilən bir dəmi röya kimiyəm.
Başından tufanlar keçən bir dağaBaşından tufanlar keçən bir dağaZərərsiz bir şimşək neyləyə bilər?!
Gəldim ki...Gəldim ki, and içim, peyman eyləyim,Canımı canına qurban eyləyim.