Başından tufanlar keçən bir dağaZərərsiz bir şimşək neyləyə bilər?!Çəməndə qızılgül məclis quranda,Ətirsiz bir çiçək neyləyə bilər?!

İllərlə yorulub acı sevdadan,Dincəlmək bilməyən ömründə bir an,Hicran atəşiylə yanıb-yaxılan,Külə dönmüş ürək neyləyə bilər?!

Dedim ki, bu dünya bəlkə düzələ,Canan da bir azca insafa gələ.Yarı vurulanda özgə gözələ,Nigar, deyin görək, neyləyə bilər?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love