Unudulmuş da, atılmış gülü sevda kimiyəm
Unudulmuş da, atılmış gülü sevda kimiyəm,Gözlərindən çəkilən bir dəmi röya kimiyəm.
Hicr əlindən ürəyim qanə dönər şamü səhər,Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.
Neyləmişdim sənə mən, beylə vəfasız çıxdın,Həsrətindən üzülən bülbülü-şeyda kimiyəm.
Hər keçən yolçudan ağlar gözüm əhval sorar,Hər buluddan su uman bir quru səhra kimiyəm.
Sənə bel bağladım, atdın məni, ey munisi can,İndi sənsiz yaşaram, tərki-dünya kimiyəm.
Əhdə sadiq, gözü yollarda Nigaram sensiz,Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-unudulmus-da-atilmis-gulu-sevda-kimiyem
Use ← → keys to move, R for a random poem
More by this author
Yanında olmasam da, qəlbindəyəm, bilirəm,Bir an həsrət yaşını gözlərimdən silirəm.
Günəşdən gənclik istədimGünəşdən gənclik istədim,Dənizdən coşqun həvəs.
QayıqçıQayıqçı, məni də apar dənizə,Oturaq səninlə bir az üz-üzə...
QərənfilBahardı, hər tərəf güldü, çiçəkdi,Güllər bir-birindən xoşdu, göyçəkdi.
Poems by other poets · Love
Məftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
YarımDodaqları gül qönçəsi,Yanaqları lala yarım.