Qayıqçı, məni də apar dənizə,Oturaq səninlə bir az üz-üzə...Bir günəş, bir səma, bir dəniz olsun.Sularda uzanan kölgəmiz olsunUçsun qağayılar dörd dövrəmizdə,Əyləndirsin bizi mavi dənizdə.Səninlə bir olsam qorxmaram, inan,Qoparsa dənizdə fırtına, tufanQayıqçı, məni də apar dənizə,Oturaq səninlə bir az üz-üzə.Bir dəniz, bir səma, bir günəş olsun,Bir də qağayılar bizə əş olsun.Qayıqçı, məni də apar dənizə,Bir olsaq tufan da xoş olar bizə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring