Uzaqda
Yanında olmasam da, qəlbindəyəm, bilirəm,Bir an həsrət yaşını gözlərimdən silirəm.Nə yüngül bir macəra, nə də sevda həvəsi,Bunlar deyil bağlayan, yaxın dost edən bizi.Ən dərin duyğularla qəlbimiz çırpdı hər an,Zamanın sınağından, illər imtahanındanÇıxmış gözəl dostluğun ittifaqı möhkəmdir.Yüngül, boş arzuların aqibəti ələmdir.Mən səni cəbhələrə yola salıb gözlədim,Soraqını uzaqdan alıb, alıb gözlədim...Bəzən xəbər gəlmədi, aldatmadım özümü,Yollarından çəkmədim həsrət dolu gözümü.Başım odlar içində qollarıma yaslandı,Adını çəkən zaman kirpiklərim islandı.Biz heç ayrı olmadıq fəlakətdə, kədərdə,Birlikdə güldü bizə fərəh də, sevinclər də.İndi həsrət yaşını gözlərimdən silirəm,Yanında olmasam da, qəlbindəyəm, bilirəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-uzaqda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Dərdin öldürdü məni, ey novcəvanım, gələ gör,Həsrətindən oda yandı din, imanım, gələ gör,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.