Gəldim ki...
Gəldim ki, and içim, peyman eyləyim,Canımı canına qurban eyləyim.Gəlmədim ki, yıxıb eşqin mülkünü,Könlüm sarayını viran eyləyim.
Qonaqdır dünyada insan əzəldən,İyrəndim hər çirkin işdən, əməldən.Hissiz gözəllikdən, duzsuz gözəldən,Necə dad eyləyim, aman eyləyim.
Sınan ürək bir də çətin sağalır,Eşqin atəşindən bircə kül qalır.Səni gözləyirəm, yollar qaralır,Gözümü nə qədər giryan eyləyim?
Gəlsən də bir indi, gəlməsən də birXəyalın könlümün can evindədir.Qorxuram öldürə məni bu səbir,Qoyun bir ağlayım, fəğan eyləyim.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-geldim-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Nə çox toxunursan nazik könlümə,Ey hissə, duyğuya yabançı olan.
Nə həzin, nə qəmli keçərdi axşamNə həzin, nə qəmli keçərdi axşam,Çıraqlar yananda sən gəlməsəydin,
Vüsalın həyatdır, hicranın ölümVüsalın həyatdır, hicranın ölüm,Sən bir ürəkdən gül, qoy mən də gülüm,
Sevgilim könlümü aldı əlinəSevgilim könlümü aldı əlinə,Solğun bir gül kimi oxşadı atdı.
Poems by other poets
Təalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik