Nə çox toxunursan nazik könlümə,Ey hissə, duyğuya yabançı olan.Hisli çıraq kimi sönük ürəyiQuru bədənində getdikcə solan.

Mən könül mülkünün tacidarıyam,Xəyal dünyasının şah nigarıyam.Vətən torpağında iftixar olanŞanlı nəsillərin yadigarıyam.

Mən batan günəşə məlal vermişəm,Ruhlara ilhamı səyyal vermişəm,Məndən qanad almış yerdə sürünənCansız kötüklərə xəyal vermişəm.

Könlümdə sönməyən bir işıq yanır,Onu sən yandırdın məhəbbətinlə,Elə bil nurlandı gözümdə cahan,Elə bil nur yağdı çiçəyə, gülə...Onu sən yağdırdın məhəbbətinlə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland