Ağır düşüncələr içindəyəm
Ağır düşüncələr içindəyəmbu axşam,Bilmirəm,ömrümü düzmü,əyrimi yaşamışam.Ömür keçdiaxıb gedən sular kimi.Əsib keçdi sevinclərimbir qanadsız ruzgar kimi.İndi ağır düşüncələr içindəyəm,Bilmirəmkiməm,nəyəm?Ey mənim gəncliyimi xatırladan təzə qız,bu sözləri səninçünyazır titrəyən əlim,Yazır ki, sən heç zaman,ey ağıllı gözəlim,Olmayasan mənimtəkdünyada yapyalqız.Saçına dən düşəndəömrünün budağındanbir yarpaq salmayasan.Belə həzin axşamlarağır-ağır fikirlərbəhrinə dalmayasan.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-agir-dusunceler-icindeyem
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirlər ki, qısqanırsan, anasan, əlbət,Oğlun bu gün toy eləyib səndən ayrılır.
Yata bilmirəmBaşımın üstündəulduzlu göy,
Yenə yarım bu gecə könlümə mehman olmadıYenə yarım bu gecə könlümə mehman olmadı,Bəzmə saldı meylini saf üzə heyran olmadı.
Könlün yenə min dərdinə bir çarə tapılmazKönlün yenə min dərdinə bir çarə tapılmaz,Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.