Başımın üstündəulduzlu göy,Sağım dəniz,solum yamyaşıl bağlar.Bir quş ötürsəhərə qədər.Nə onun gözündə,Nə mənim gözümdəyuxu var.Eyvanda,ulduzlu göy çadırın altındaGül nəfəsli balalarım mışıl-mışılyatıb.Bu ətirli yaz gecəsindəbütün canlılar elə bilŞirin yuxuya batıb.Bəs mən niyə yata bilmirəm,yollarda yorulub qalanBu ətirli yaz gecəsindəbir yolçu kimi?Yuxuların şirin dünyasınaniyə çata bilmirəm?Bəlkə bu gecəYunanıstandadəmir barmaqlıq arxasındaBir azadlıq qəhrəmanıedamını gözləyir,səhər üzü,Vətənin qızaran üfüqlərinədikilir onunÜmid dolu,həyat dolu gözü.Bir qadınHardasa doğum evindəAmansız iztirablar içindədünyaya bir oğul gətirir –Gələcəyin qəhrəmanıdır bəlkə?!Ananın gözlərihalqa-halqa qaralır,Qonur üzünəinsanlar həyatdan ayrılandaçökən amansız kölgə,Cavan bir qız ağlayıriçin-için,yana-yana;Xərçəng xəstəliyindəncanını qurtara bilməyibDünyaya vida edirsevimli, mehribanbir ana.Təbrizli şairənin gözlərihicran yaşlı,Sinəsi həsrət dağlıdır.Əlcəzair qızınınayaqları qandallı,qolları bağlıdır,Nə çoxdur dünyanındərdi, kədəri.Nə ağırdır insanlarınbitib tükənməyən qəmləri.Hələ atom qorxusuyaşayırkən cahanda,

Mən necə rahat yata bilərəmbalalarımlaBu güllü, bu sarmaşıqlı eyvanda?Kaş dünyanın heç yerindənahaq qanlar axmayaydı,Hakim xalqlarməhkum xalqlarazülm edib, xor baxmayaydı.Fəlakətə, müsibətə qarşı insanqardaş kimisinə gəribbir çıxaydı hər bəladan.Bəlkə azalardı ondainsanın əlacsız dərdi.Gecələri analar dayatağındarahat yata bilərdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets