Yenə yarım bu gecə könlümə mehman olmadı,Bəzmə saldı meylini saf üzə heyran olmadı.Keyfi əğyar ilə çəkdi özgələr məclisində,Yarım öz yarı ilə bir dəm mehriban olmadı.Axıdıb göz yaşımı mən gecələr çox ağladım,Nədən ol rəhmsizin halı pərişan olmadı.Dedilər, gül kimisən, gül ki, fəğan etməz, Nigar,Dedim, ey hansı gülün bağrı dolu qan olmadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love