Görünməz
Göyü bulud alar, üfüq daralar,Bağı xəzan dalar, yarpaq saralar.Yerdə çöp alışar, torpaq qaralar,Sinədə dağ yanar, közü görünməz.
Zirvə buz bağlayar, döşə qış düşər,Dərəni su ovar, düzə daş düzər.Üzə yel toxunar, gözə yaş düşər,Qəlbdə tufan qopar, izi görünməz!
Hüseyn, sən hara, rahatlıq hara?!Dənizdə dalğalar verməyir ara.Fikir qar ələyər qara saçlara,Əməli görünər, özü görünməz!
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-gorunmez
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,