Ömrün nə vaxtdır titrəyə qələm,Yazıb-pozmalıyam mən indən belə.Davaya, dərmana dözə bilmərəm,Ağrıma, ürəyim, ağrıma hələ.

Həyatın nə qədər imtahanı var,Sığmayır kağıza, sığmayır dilə.Neçə qohum toyu, dost nişanı var,Ağrıma, ürəyim, ağrıma hələ.

Keçsin ayım, günüm mübarizədə,Gərdikcə sinəmi, tufana, selə.Ruhuma doğmadır mey də, məzə də,Ağrıma, ürəyim, ağrıma hələ.

Dağıtmaq istərəm dumanı, çəni,Oyanıb obaşdan bahar yeliylə.Dağların zirvəsi gözləyir məni,Ağrıma, ürəyim, ağrıma hələ.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets