Soyuyar canımın odu bir zaman,Bu bir həqiqətdir, salıram yada.O vaxt gözlərimdə sönən çıraqdan,Bir ulduz alışıb yansın səmada.

Günlər dolandıqca əriyər bədən,Qaçma arxasınca dəva-dərmanın.Qolumun gücü də istərəm ki, mən,Gücünə çevrilsin neçə insanın.

Axsın ürəklərdə qəlbimin səsi,Sözüm də ellərin sözündə qalsın.Biz gəlib getsək də, ömür çeşməsi,Əbədi həyatın özündə qalsın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets