Əyilmərəm, palıdıYıxan tufana belə,Hər dalğası dağ kimiQalxan ümmana belə.Yüz yol başımın üstdəQopsa da odlu şimşək,Yenə də əyilmərəmİgid babalarımtək,Yalnız sənin önündə,Ey mənim böyük xalqım,Başımı əyərəm mən,Lakin əminəm buna,Sən öz şair oğlunaHeç vaxt: – Əyil! – deməzsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets