Dağa çıxdım, yanılmadım sağ-solumu,Buz göynətdi ayağımı, qolumu,Birnəfəsə üçü kəsdi yolumu,Biri duman, biri çiskin, biri çən.

Dədə yurdun çilçırağı kəsildi,Dost evindən dost ayağı kəsildi.Ömrümüzə üçü yağı kəsildi,Biri həsrət, biri nisgil, biri qəm.

Nə Murovam, nə Murğuzam, nə Qoşqar,Nədən belə yürüş etdi başa qar!Evimizdə üç dilbilməz uşaq var,Biri nəvə, biri nənə, biri mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets