Yaz fəsli daşları sellər aşanda,Göllər çalxalanıb, çaylar daşanda,Yarpaqlar titrəyib, pıçıldaşandaSəsimi səslərə qatmaq istərəm.

Üfüqlə uzanıb, buludla axıb,Şəfəqlə qızarıb, şimşəklə çaxıb,Cüyürlə boylanıb, maralla baxıb,Ceyranla yorulub yatmaq istərəm.

Əyilən dumanda, sürünən çəndə,Çiçəklər islanıb, güllər çiməndə,Keçirib gecəni bir göy çəməndəSəhərin şehinə batmaq istərəm!

Yığılsın başıma deyib-gülənlər,İsinsin eşqimlə qədirbilənlər.Bir ömrün ocağı sönənə qədərHəyatda min ocaq çatmaq istərəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring