Səfərdəyəm, səfərimiVurmamışam başa hələ.Arzularım, əməllərimToxunmayıb daşa hələ.

Dolanıb kəndi, şəhəri,Dağlarda açdım səhəri.Fikrim gəzir üfüqləriDönüb qızıl quşa hələ.

İlləri yola salmışam,Şeir yazıb, saz çalmışamÖmür deyir: – Qocalmışam,Könül deyir: – Yaşa hələ.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets