Mən sülhə səs verirəm, –Milyonlardan biri tək –Qoy bir daha ordularÜz-üzə dayanmasın.

Mən sülhə səs verirəm, –Bombaların səsindənBeşikdəki körpələrHıçqırıb oyanmasın.

Mən sülhə səs verirəm, –Böyük kəndlər, şəhərlərViran olub qalmasınTüstü-duman içində.

Mən sülhə səs verirəm, –Qədim abidələriYerlə yeksan etməsinToplar bir an içində.

Mən sülhə səs verirəm, –Ağ saçlı analarınGözləri yaşla dolub.Qəlbi darda qalmasın.

Mən sülhə səs verirəm, –Cavan qızlar, gəlinlərBaxıb-baxıb yollaraİntizarda qalmasın.

Mən sülhə səs verirəm, –Sülhün fırtınalardanHər zaman qalib çıxanZəfər bayrağı vardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets