Qucağında nanə, reyhan,Lalə, nərgiz olan torpaq,Yaşı qədim, özü cavan,Ətri təmiz olan torpaq.

Döşdə bulud, zirvədə çən,Əskilməyir gəlib keçən.Göy sinəsi meşə, çəmən,Qoynu dəniz olan torpaq.

Düzlər varı, dağlar tacı,Xəzan görsə yox əlacı.Kimə şirin, kimə acı,Kimə əziz olan torpaq.

Gah qış olub, gah yaz olub,Həm açılıb, həm tutulub.Sevinclə bir yaşa dolub,Qəmlə əkiz olan torpaq.

Hər qonağın bir vaxtı var,Ya çox qalar, ya az qalar.Bir gün səni yola salar,Bir gün mənsiz olan torpaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring