Ay oğul
Ötən çağını düşünək,Gələn çağını, ay oğul.Möhnət solumu qurudub,Həsrət çağımı, ay oğul?
Bəxt ulduzu axdı ömrün,Ümidini yıxdı ömrün.Qarasımı çoxdu ömrün,Görən ağımı, ay oğul?
Arifi nələr ağrıdır,Eniş çətin, yoxuş ağır.Ata dağını ağırdır,Oğul dağını, ay oğul?..
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-ay-ogul
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Oldu
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
DeyilAğlaram yolunda, şəhri-Lənkəran,Bu el qürbət eldi, bizim el deyil.
Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdiBu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi.Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,