Açılan qönçədir, yaşıl geyən bağ,Qızaran üfüqdür, doğulan səhər.Tərtəmiz səmadır, al-əlvan torpaq,Bir şair qəlbindən gəlib keçənlər.

Boylanan maraldır, sıçrayan əlik,Göz vuran ulduzdur, nur yayan qəmər,Şığıyan qartallar, oxuyan kəklikBir şair qəlbindən gəlib keçənlər.

Bəzənən Muğandır, ətirlənən Mil,Səsli-küylü Kürdür, dalğalı Xəzər.Titrəyən nərgizdir, əsən qərənfilBir şair qəlbindən gəlib keçənlər.

Şadlıq mövsümüdür, bayram günüdür,Çağlayan sevincdir, boğulan kədər,Vətən torpağının bahar hüsnüdür,Bir şair qəlbindən gəlib keçənlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring