Həyatı dərindən duymaqdan ötrü,Min oddan, alovdan keçəsən gərək.Enişli, yoxuşlu bu yollarda sənYaxşını, yamanı seçəsən gərək.

Sevinc də, kədər də səbəbsiz deyil,Məzəsiz məclis də bir məclis deyil,Gənclik illərində şərab pis deyil,Çayı qocalanda içəsən gərək.

Hüseyn, səni də dəyişər zaman,Yalvarma loğmana üzüləndə can.Doyub, doymasa da gözün dünyadan,Vaxt tamam olanda köçəsən gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets