Mən yox idim,atam vardı,Babam vardıƏcdadlarım yaşayardıMəndən sonrakı dünyada.

Yenə torpaq ətir saçar,Ağaclar gül-çiçək açar...coşan çaylardaşan sellərSal daşları zirvələrdənƏtəklərdə daşıyardıMəndən qabaqkı dünyada.Günəş,

Ulduz,ay necə varelə vardı...Ulu dədəm,Ulu nənəmOddan keçər,Sudan keçərÖz əliylə əkər,biçəroxuyardı,oxşayardı.Məndən qabaqkı dünyadaÖzüm cavan,yaşım qədimƏcdadlarım dura-duranecə deyimMən yox idimMəndən qabaqkı dünyada?Bu günümdən nə danışım,Bu günün göz önündədirİlin biri belə gəlirİlin biri elə gedirYaşayıramÜrəyimdə Arif dağı.Yox qərarımVaxtlı-vaxtsızMən köçsəm də bu dünyadan.Balalarım,NəvələrimyaşayacaqyaradacaqSəndən sonrakı dünyadaGünəş yenə həmən günəş,Həmən ulduz,Həmən də ayHəmən çeşmə,Həmən də çay

Payız yenə həmən payızBahar yenə həmən baharSevinc,kədərgörüş,qubarŞən nişanlar, –şirin toylarBeş-üç sözüm düşər yadaHüseyni də,Arifi dəBirgə anar nəticələr,kötücələrEl-obada.Mən bu elə inanıram,Buna elə inanıram,Qədir bilən kəslər məni.

Əsrlərin arxasındanharaylayıbSəslər məniFərqi nədir,qəmi nədirMənsiz belə mənimlədirMəndən sonrakı dünya da.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets