Ramazan münasibəti ilə
Gəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,Vaiz pul alır, huri olur baqqala övrət,Bəh-bəh, belə din, boylə şəriət, belə qeyrət!
Məşdi papiros çəkməmiş, əzbəs ki, səhərdən,Əf-əf səsi əflakə uruc etdi şəhərdən,Qəssab ilə baqqal ki, görür yolçunu hərdən,Bığları dönür tərsə, çıxır xətti-təhərdən.
Hər yerdə fisincan qoxusu, məclisi-ehsan,Bol süfrələrin ne’məti əlvanu füravan,Hər yan eşidilməkdə ikən ayəyi-qur’an,Ancaq eşidilməz yenə fəryadi-yetiman.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ramazan-munasibeti-ile
Use ← → keys to move, R for a random poem
More by this author
Artıq tərk-silah etmək və həbsə almaq məsələsi fikri tamamilə Helmi və Fovzi bəylərin yadından çıxmışdı. Onların bizim haqqımızda çəkdiyi planlar özlərinin bizdən yediyi zərbə nəticəsində darmadağın olmuşdu. Onlar ümumi qarət və kütləvi talana imkan tapa bilmədilər. Lakin tək-tək adamları tutub cərimələyir, qarət edir və malını aparırdılar.Qoşun nəfərləri bazar əhlindən hər nə alırdılarsa, pulunu vermək istəmirdilər, onların ağzından söyüş və «gavur oğlu gavurə sözündən başqa bir söz eşidilmirdi.
Kiçik SiqqətülislamBiz rusların mühüm bir qüvvə ilə Təbrizə qayıtmaq xəbərini alanda həddindən artıq rahatsız olduq. Çar xidmətində olan baron Cəbrayılın asorilərdən mütəşəkkil bir silahlı dəstə düzəltdiyi də bizə məlum idi,Biz ruslarla osmanlıların şəhər daxilində müharibə etməsini istəmirdik, çünki osmanlılar məğlub olduğu zaman evlərdə gizlənəcək və şəhərin zərərdidə olmasına imkan yaradacaq idi. Onlar məğlubiyyət ərəfəsində şəhəri qarət edib çəkilə də bilərdilər. Buna görə də hər necə olursa olsun ruslar gəlməmiş Helminin dəstəsini Təbrizdən çıxarmalı idik.
AxtarışlarAlman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi.Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar.
Sərdar Rəşidin evində axtarışAlman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.
Poems by other poets · Satire
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?
İnsan vəzifəni bəzəsin gərəkOturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.
Arif odur ki...Arif odur ki, gözləməyə ehtiramını,Rüsvayi-aləm eyləyə öz nəngü namını.
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –