Çiçəklər, çiçəklər qürrələnməyin,Bir axşam gül fəsli bitdi deyərlər.İlk bahar köçünü başa vurmamış,Son bahar yüyürüb yetdi deyərlər.

Qar altda təngiyib, bozaranda qışArandan yaylağa tələsir yağış.Şirin qaqqıltıdan göylər doymamışDurnalar səf çəkib, ötdü deyərlər.

Quruyur ağacım, solur çəmənim,Dəyişir gözümdə yurdum, məskənim.Bir gün həsrətimi çəkənlər mənimHüseyn gəlmişdi, getdi deyərlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring