De kimə lazımdır, nəyə gərəkdir,Dostların könlünə yatmayan şeir?Fəhlənin ruhunu qanadlandırıb,Alimin ağlına batmayan şeir.

Yaysın dağ ətrini, dəniz ətrini,Qızılgül, göy sünbül, nərgiz ətrini.Yaşarmı torpağın təmiz ətrini,Göylərin ətrinə qatmayan şeir.

Yaxında alışıb, uzaqda yansın,Tüstüdə boğulub, ocaqda yansın.Kitabda alışıb, varaqda yansın,Bu evdən o evə çatmayan şeir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring