Bir qız gördüm, türk qızı
Bir qız gördüm, türk qızıYa Pəridi, ya GülgəzGünəşi göydə deyil,Onun baxışında gəz,
Hər noğuldan o şirin,Hər çiçəkdən incədir.Elə bil yaş budaqdaOyanmış tər qönçədir.
İlahi vergisimiBu məlahət, bu ismət?Gözəl bir qızdan ötrüİsmət ən ülvi qismət.
Dilinə vurğun oldum,Dili dilimdən mənim.Ulusu ulusundan,Eli elimdən mənim.
Fikir fikir dalıncaAğım qaralı qaldı.Bir gəlin həsrətiyləBağrım paralı qaldı.
Bir qız gördüm, türk qızıNurdan yoğrulmuş aydı.Arif yadıma düşdüKaş Arif sağ olaydı.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-bir-qiz-gordum-turk-qizi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Koktebeldə bir dağ gördüm –Kəpəz kimi haçadil!
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Mürəbbe: Vəd verib mənə gələm demişdinVəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.