Aman 76, sənin əlindən,İnanmazdım, bu gözümə inandım.Alov qalxdı dodağımdan, dilimdən,İnanmazdım, mən özümə inandım.

Batmış sandım səriləndə torpağa,Sinə gərmək asandımı bu dağa?Necə oldu qalxa bildim ayağa?İnanmazdım, mən dizimə inandım.

Düz yolumu yanılaram, çaşaram,Köks ötürüb, qəmli sözlər qoşaram.Hüseyn Arif arsız-arsız yaşaramİnanmazdım, mən dözümə inandım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets