Osman Sarıvəllinin anadan olmasının60 illiyi münasibətilə

İnanıram söhbətinə,Səndə yalan görməmişəm.İnanıram xilqətinə,Səndə böhtan görməmişəm.

İnanıram yüz ilə də,Səndə günah görməmişəm.Çörəyin də halal, təmiz,Səndə tamah görməmişəm.

İnanıram: – Kömək! – desəm,Möhkəm qolun qolumdadır.Balaların balam kimiSağımdadır, solumdadır.

İnansam da hər şeyə mən,Təkcə yaşa inanmıram.Baxıb qara saçlarınaAltmışına inanmıram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets