Oğluma
Bahar yola düşdü, yay gəlib keçdi,Gedirəm payızdan mən qışa, oğlum.Mənzil daraldıqca ömür köhləniSəyirdir atını birbaşa, oğlum.
Uzaq elləri də bir-bir dolan gəz, –Gəzməyən tanımaz, görməyən bilməz.Ancaq ana Vətən əvəz edilməz.Vurul bu torpağa, bu daşa, oğlum.
Yazda yaşıl geyər yaşıl budaqlar,Payızda boşalar bağçalar, bağlar.Meşələr, çəmənlər, çaylar, bulaqlarTamaşa yaranıb, tamaşa, oğlum.
Təbiət hər düzə bir zinət verib.Hər qarlı zirvəyə bir surət verib.Gör necə güc verib, hərəkət verib,Tufana, doluya, yağışa, oğlum.
Odlu baxışında sevinc, hərarət,Hər xoş təbəssüm də bir canlı sənət.Bir səmimi ülfət, bir duzlu söhbətDəyər bir dünyalıq qaş-daşa, oğlum.
Nəzər sal izlərə, sirli aləmə –Qəmdən sevincədir, sevincdən qəmə.Oynadıb dilini yola, yol deməDüşməmiş enişə, yoxuşa, oğlum.
Qoşulma yadların vurhavuruna,İblislər bir gündə girər on dona,İlişmə tərifin gizli toruna,Alışma yalançı alqışa, oğlum.
Dənizə bənzətmə yağış gölünü.Köz bilib tərpətmə ocaq külünü.Heç zaman yanılıb açma könlünüKönülsüz qohuma, qardaşa, oğlum.
Müqəddəs bir söz var həyatda: – İnsan!Hər şeydən ucadır bir təmiz ad-san.Əlli də yaşasan, yüz də yaşasanÇalış bu dünyada mərd yaşa, oğlum.
Uzanan ömrüdür sözün sözümün.Təzə işığıdır gözün gözümün.Aranda davamın, dağda dözümünAtan Hüseynə yaraşa, oğlum.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-ogluma
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Xalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Ölkəmi var?!Gözəl İstanbulun gözəl qəmi var,Öylə bir qəm ki türlü məhrəmi var.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.