Bir saat bir yerdə tutmazdım qərar,Araz mənimiydi, Kür mənimiydi.Ömrümün, günümün gəlhagəlindəİnci mənimiydi, dürr mənimiydi.

Səsim gah Qazaxda, gah Qarabağda,Meşədə, çəməndə, çayda, bulaqda,Meyvəli aran da, çiçəkli dağ da,Elə bilirdim ki, bir mənimiydi.

Hüseyn Arifin bağrını deşdinHarda qərar tutub, haraya köçdün?Ay oğul, sən niyə qabağa düşdünSəfər mənimiydi, yer mənimiydi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring