Getdi
Bir gül bitirmişdi ilk bahar mənə,Axşamdan sabaha durmadı, getdi.Bir ürək vermişdi ruzigar mənə,Həyatda iki gün vurmadı, getdi.
Şimşəktək havada alışıb keçib,Möhnət şərbətini qəfildən içib,Özünə bir könül həmdəmi seçib,Bir şadlıq məclisi qurmadı, getdi.
Bəxt yatıb müsibət ayaq üstədi,Kədər dalğa-dalğa, dəstə-dəstədi.Düşmədi yatağa, deyək: – Xəstədi!Atanı, ananı yormadı, getdi.
Hər kəsə məhəbbət bəsləyən Arif,– Darıxdım, yanıma gəl! – deyən Arif,Məni hamıdan çox istəyən Arif,Bu dəfə halımı sormadı, getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-getdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,
Səndən ötrü qalmışam ayru diyarü yardənSəndən ötrü qalmışam ayru diyarü yardən,Canidin məhrum mən növmid həm dildardən.
Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!Bir badi-xəzan əsdi, gülüstan da qapandı!