Bənövşə xatirinəKol dibinə iz düşdü...İlyas Tapdıq

İlk baharda narın qarıDəlib keçər bənövşələr.İnci kimi damlalarıBir-bir içər bənövşələr.

Meh toxunar üzlərinə,Nur ələnər gözlərinə.Kol dibini özlərinəMəskən seçər bənövşələr.

Ürək ondan necə doya!Dözməz yaza, qalmaz yaya.Vaxtlı gəlib bu dünyaya,Vaxtsız köçər bənövşələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring