Heyifim gəldi
Oğrun-oğrun baxdın yana,Gözünə heyifim gəldi.Busə verdin bir nadana,Üzünə heyifim gəldi.
Yaman yerdə can darıxdı,Ağrılar qəlbimi sıxdı,Dilindən bir yalan çıxdı,Sözünə heyifim gəldi.
Bağ saralıb, çəmən solub,Göy dərələr çənlə dolub,Hüseynə olan olub,Özünə heyifim gəldi.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-heyifim-geldi
Use ← → keys to move, R for a random poem
More by this author
Yoruldum
Düzlər keçdim, dağlar aşdım aramsız,Nə aranda, nə yaylaqda yoruldum.
Dedim, dediDedim: – Telin nə gözəldir!– Yox-yox, ona dəymə! – dedi.
OlmasınSevən ala sevdiyini dünyada,Mən şah olsam belə divan eylərəm.
Bir adətdir şairlərdə, sevgilim!Yadımdadır yanında ilk zaman mənDanışmayıb dərin fikrə gedərkən,