Yoruldum
Düzlər keçdim, dağlar aşdım aramsız,Nə aranda, nə yaylaqda yoruldum.Keçidləri, dolayları yoxladım,Nə yaxında, nə uzaqda yoruldum.
Ayaqlarım keçdi daşda, qayada,Nə enişdə, nə yoxuşda yoruldum,İsti, soyuq heç varmadım fərqinə,Nə boranda, nə yağışda yoruldum.
Bir söz dedin,ümidimi itirdim,Geri döndüm, yaman halda yoruldum.Nə çox, nə az,beş addımdır aramız,Sizdən bizə gələn yolda yoruldum.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-yoruldum
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gözlərim yüzün görüb xurşidi-taban istəməz,Bir nəfəs keçməz ki, bəzmi-vəsli-canan istəməz.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.