Həftə başa varır, ay gəlib gedir.İtirib nurunu göz yavaş-yavaş.Soyuyur məclisim çeşmə başında,Qaralır ocaqda köz yavaş-yavaş.

Qəm yağır günəşin solğun telindən,Daş qopur dağların sərxoş selindən.Payız yarpağı tək xəzan yelindən,Dağılır sinəmdən söz yavaş-yavaş.

Fikir ağartmasa saçda dən olmaz,Can yorğun düşəndə ürək şən olmaz.Hüseyn! Həmişə sən deyən olmaz,Zamanın hökmünə döz yavaş-yavaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring