Düşünmək, düşünmək istəyirəm mən
Bağla qapıları, bağla, sevgilim,Qapansın bir anlıq pəncərələr də;Sən də ayağını saxla, sevgilim,Qoy dursun nə varsa – durduğu yerdə.Vurğunu olsam da hər şirin səsin,Hələlik qulağım səs eşitməsin.Fikirlər, duyğular aləmindəyəm,Ürəkdir sinəmdə yalnız dillənən,Düşünmək, düşünmək istəyirəm mən.
Uşaq da deyiləm, ömür yarıdır,Bəlkə də mənzilə bir şey qalmayıb?!Bu gün qızam – deyən sabah qarıdır.Bir də ki, dünyada kim qocalmayıb!Ya vaxtlı, ya vaxtsız o şey ki, haqdırYetişib yaxandan yapışacaqdır.Əcəl dedikləri qara yel kimiNeçə ki, əsməyib başımın üstdən,Düşünmək, düşünmək istəyirəm mən.
Yazdığım əsərlər qabağımdadır,Yarımçıq qoyduğum şeirlər də var.Tərif də, tənqid də qulağımdadır,Başımda dolaşıq fikirlər də var,Biri yaxşı deyər, biri pis deyər,Biri də çox sözü ürəksiz deyər,Olar əl çalan da, əl çalmayan da.Bunlara aldanıb çıxma izindən,Düşünmək, düşünmək istəyirəm mən.
Özüm də bilmirəm, ah, neçə kərəYerimdən oynadıb hər gülüş məni,Uyub orda-burda deyilənlərəMən az yanılmadım dostu, düşməni.Çox olub yolumdan sapıb azdığım,Namərdə inanıb, yada qızdığım.Sonra eşitdiyim tikanlı bir sözKeçib güllə kimi əlli yerimdən...Düşünmək, düşünmək istəyirəm mən.
Yüz dağdan ağırdır bir kiçik kədər,Yanıb qaralmayan haram var mənim!Dostların xətrinə dəydiyim qədərSinəmdə sağalmaz yaram var mənim.Gah yersiz incitdim yarı-yoldaşı,Axdı gizli-gizli gözümün yaşı,Bir qəlbə toxunmaq asan gəlməsinMin kəndə, şəhərə od ələməkdən.Düşünmək, düşünmək istəyirəm mən.
Enişli-yoxuşlu bu yollarda baxVarmı topuq çalıb büdrəməyən kəs?Yazıq o kimsədir həyatda, ancaqYazdığı səhvini pozmaq istəməz.Vəfalı sevgilim, mən yanılsam da,Barı sən yanılma heç vaxt dünyada,Odur qapıları bağla deyərək,Sakit otağıma çəkilib hərdənDüşünmək, düşünmək istəyirəm mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-dusunmek-dusunmek-isteyirem-men
Use ← → keys to move, R for a random poem
More by this author
Qayalar qanından qızaranda da,– Yazıq qartal! – deyə qəhərlənmədim.
Heyif sənə sərin meşə, buz bulaq...Kür qırağı, Qarayazı, göy çəmənQoşa palıd,
Deyər mənəGizləyə bilməzsən yaşı gözdə sən,Bulud deyər mənə, çən deyər mənə.
Dözümdür mənimHəyatda nə qədər gözəl oğul, qız,Hər biri canımdır, gözümdür mənim.