Biri dedi, gül-çiçək,Boya şairiyəm mən.Biri dedi, daş-kəsək,Qaya şairiyəm mən.

Duyub, tutmadan xəbərUydurub axşam-səhərBiri dedi, çal-çəpər,Paya şairiyəm mən.

Göydə yersiz yanmadım,Yeri göysüz anmadım.Odda suyu danmadımDərya şairiyəm mən.

Sevinci coşub-daşan,Qayğısı başdan aşan,Dünyayla dünyalaşanDünya şairiyəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring