Dözümdür mənim
Həyatda nə qədər gözəl oğul, qız,Hər biri canımdır, gözümdür mənim.Qızıl yanaqlarda gülən çilçıraqQəlbdəki alovum, közümdür mənim.Onların dilində, dodağındakıTəbii söhbətim, sözümdür mənim.Bir nəvə gözünü açsa dünyayaBaxıram, elə bil, özümdür mənim.Diləyim qızlara vəfa, etibarArzum oğullara dözümdür mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-dozumdur-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Sənsən
Qırılan qələmim, yanan kitabım,Yazısı saralmış varağım sənsən.
Ləzgi qızıO tər yanaqların qızaran zamanSüzülə-süzülə gözlərin gülür.
Elə buna görəmi?..Sən zirvəyə baxardın, zirvədəki qalayaQartallar qonub hərdən başlardı hay-haraya.
OllamSəninlə nur saçar əqlim, kamalımSənsiz göydə bulud, dağda çən ollam.