Uzanır axşamdan sabaha qədərPünhani pıçıltı, xudmani söhbət.Bilmirəm dost kimdi, düşmən hansıdı,Bu necə məhəbbət, bu necə nifrət?!

Zamana bulanıb, vaxt qarışıqdı,Hər şey göz önündə açıq-saçıqdı.Qapı nə örtülü, nə də açıqdıAtüstü ehtiram, atüstü hörmət.

Bu nə haqq-hesabdır, bu nə üsuldur,Verməyə tələsir alıcı quldur.Katibi maşında bir “saldat” tutur,Qəribə vəzifə, qəribə xidmət...

Uçuruq şan-şöhrət havasına biz,Baxmayıb ağına, qarasına bizElə haram qatdıq mayasına biz,Bu dünya düzəlsə atama lənət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets