Aşıq dostum, başla zilə,Qoyma əl-əldən üzülə.Elə dillən bir sözünləMin könüldə bayram olsun.

Keç “Cəngi”yə, “Sarıtel”ə,Kökdən-kökə, teldən-telə.Aydan-aya, ildən-ilə,Sənətə ehtiram olsun.

Bülbül oxur, qaz vaxtımı,Saz danışır, caz vaxtımı,Saxta işvə-naz vaxtımıBunla necə aram olsun.

Cavanlığım indi hanı,Ağrı-acı tapsa canı,Neylərəm dava-dərmanı,“Qaraçı” çal, çaram olsun.

Hüseyn Arif, daha nə qəm,Əldə qələm, dildə Dilqəm.Unudulsa yanıq Kərəm,Nəsillərə haram olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets